29 
Noy
2021
19:04
141
52
2512
Virtual karabakh

Qurban Qurbanov: “Komandamda yorğunluq gördüm”

29 Noy, 2021
19:04
2512

Qurban Qurbanov: “Komandamda yorğunluq gördüm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yaxşı komandaya qarşı oynadıq. Bu il tam fərqli “Qəbələ” görürük. Bu gün də tam göstərdilər ki, liderlər sırasında yer almağa layiqdirlər. Çox istəkli idilər”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis komandasında yorğunluq gördüyünü söyləyib: “Açığı, belə bir halın yaşanacağını gözləyirdim. Həm UEFA Konfrans Liqasındakı son oyundan, həm də bu ilki qrafikimizdən sonra futbolçular yorğunluğu hiss etməlidir. Buna baxmayaraq, yaxşı mübarizə apardılar, güclərini meydanda ortaya qoydular. Hər bir halda 1 xal qazandıq”.

Sonda “Qəbələ”yə uğurlar arzu edən Qurbanov komandaya stadionda dəstək olan azarkeşlərə təşəkkürünü bildirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri