Dek
2021
19:07
304
29
2946
Virtual karabakh

“France Football” 2020-ci il üçün “Qızıl top”u Levandovskiyə verə bilər

1 Dek, 2021
19:07
2946

“France Football” 2020-ci il üçün “Qızıl top”u Levandovskiyə verə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“France Football” jurnalının baş redaktoru Paskal Ferre bəyan edib ki, nəşr 2020-ci ildə “Qızıl top”u ləğv etmək qərarına yenidən baxa və mükafatı “Bavariya”nın hücumçusu Robert Levandovskiyə təqdim edə bilər.

“Biz bu haqda düşünə bilərik, lakin eyni zamanda səsvermə üzərində qurulmuş “Qızıl top”un tarixinə hörmətlə yanaşmalıyıq. Levandovskinin keçən il “Qızıl top”u qazanacağına əmin ola bilmərik. Səsvermə keçirilməyib. Əgər keçirilsəydi Levandovskinin əla şansı olardı”, - deyə Ferre bildirib.

Xatırladaq ki, builki “Qızıl top”u Lionel Messi qazanıb. Levandovski səsvermədə ikinci olub. Mükafat təqdim edildikdən sonra Messi səhnədən Robertə: “Sən “Qızıl top”a layiqsən. Hamı bilir ki, mükafatı keçən il sən almalıydın”, - deyib.

Mənbə: championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri