Dek
2021
17:04
114
128
5189
Virtual karabakh

Yeni nazir müavini əvvəlki vəzifəsindən ayrılmalı olacaq

3 Dek, 2021
17:04
5189

Yeni nazir müavini əvvəlki vəzifəsindən ayrılmalı olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və idman nazirinin idman siyasəti üzrə yeni müavini Mariana Vasilyeva bədii gimnastika üzrə baş məşqçi postundan ayrılacaq.

Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev deyib.

Onun sözlərinə görə, Vasilyevanın nazir müavini təyin olunmasından sonra məşqçilikdən ayrılması gözlənilir:

“Buna səbəb onun nazirlikdə işlərinin çoxluğudur. Vasilyevanın bu postdan ayrılması yəqin ki, yaxın günlərdə Azərbaycan Gimnastika Federasiyası tərəfindən rəsmi şəkildə açıqlanacaq”.

Qeyd edək ki, milliyyətcə bolqar olan Mariana Vasilyeva noyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbovun müavini təyin olunub. O, yeni vəzifəsində 15 il bu qurumda işləyən İsmayıl İsmayılovu əvəzləyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri