Dek
2021
12:56
155
26
3602
Virtual karabakh

Azərbaycan əsilli idmançı məşhur amerikalı aktyoru döyüşə çağırdı - VİDEO

6 Dek, 2021
12:56
3602

Azərbaycan əsilli idmançı məşhur amerikalı aktyoru döyüşə çağırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev amerikalı məşhur aktyor, prodüser və ssenarist Vins (Vinsent) Vonu döyüşə çağırıb.

O, “UFC on ESPN-31” turnirində dostu və öz keçmiş komanda yoldaşı Bred Ridla qalib gəldiyi döyüşdən sonra zarafatla onu döyüşə çağırıb. Həmin vaxt 51 yaşlı aktyor döyüşü izləyənlər arasında olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by UFC (@ufc)

Daha sonra o, mətbuat konfransında 50 min dollar qazandığı döyüş barəsində çıxış edib: “Döyüşə başlayanda özümü narahat hiss edirdim. Çox da yox. Amma başa düşürdüm ki, dostum da olsa, bu, əsl döyüşdür. Ola bilər ki, o məni nokauta salsın, ona görə də bir az narahatlıq vardı.

Mən üçüncü raundu gözləyirdim. Qəfəsə (səkkiz guşəli oktaqon) girəndə gördüm ki, o, sağa tərəf gedir, hər dəfə əllərini aşağı salır. Düşünürdüm ki, fırlanaraq arxaya yumruq və ya ayaq zərbəsi vurmalıyam. Mən arxaya ayaq zərbəsi (buna MMA-da təkər zərbəsi deyilir – S.M.) endirdim”.

O, Tailandda dost olduğu və “Tiger muay tay” idman zalında eyni məşqçinin təlimatları əsasında məşq etdiyi Bred Ridlı məğlub etməsinə görə çox da sevinmədiyini bildirib:

“Bilmirəm mən buna görə məyusam, ya şadam. Çünki dostunu bu hala salmaq elə də yaxşı hiss deyil. Əlbəttə, şad da, qəmgin də ola bilərəm. Dəqiq bilmirəm”.

Fiziyev MMA karyerasında nokautla başa çatan yeddi qələbədən ikisini oktaqonda qazanıb. O, kikboksçu kimi 29 idmançını nokauta salıb. Baxmayaraq ki, o buna çalışmadığını bildirib:

“Döyüşlərimdə heç vaxt nokauta çalışmıram. Döyüşdən əvvəl bunu edəcəyimə heç vaxt inanmıram. Mən ona qalib gəlmək istədim və buna nail oldum. Bu gün mətbəximə geri dönəcəyəm və nəsə bişirməyə çalışacağam”.

UFC kimi dünyan ən məşhur MMA turnirində ardıcıl beşinci qələbəsini qazanan Rafael Fiziyev hazırda öz çəkisində (yüngül çəki) 13-cü güclü idmançıdır və bu qələbədən sonra onun reytinqi daha da yüksələcək. O, növbəti planı haqda yarızarafat deyib:

“Növbəti planım Sinqapura 17,5 saatlıq uçuş həyata keçirməkdir. Sinqapurdan sonra isə Tailanda getməliyəm”.

Qeyd edək ki, Rafael Fiziyev Qazaxıstanda doğulub, Qırğızıstanda yaşayır. Onun atası azərbaycanlıdır və döyüşlərə Azərbaycan papağı ilə çıxır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri