Dek
2021
15:16
9
92
1459
Virtual karabakh

Güləş Federasiyasından oğurluq edən şəxsin kimliyi bilindi - VİDEO

6 Dek, 2021
15:16
1459

Güləş Federasiyasından oğurluq edən şəxsin kimliyi bilindi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Güləş Federasiyasının ofisindən içərisində 63 min manat dəyərində olan pulun yerləşdiyi dəmir seyfi oğurlayan Kamran Mütəllimov barədə detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, o, əvvəl federasiyada ofisiant işləyibmiş.

Bu səbəbdən də seyfin harada yerləşdiyini dəqiq bilirmiş.

Qeyd edək ki, Kamran Mütəllimov dekabrın 1-də iş yoldaşı Vüqar Əsgərov və İmran Zeynalovla birgə federasiyanın mühasibat otağından 63 min manat dəyərində (orada yerli valyutadan başqa, ABŞ dolları, Türkiyə lirəsi də olub – red.) seyfi oğurlayıb və pulu öz aralarında bölüblər. Onlar oğurluğa İmran Zeynalova məxsus “KİA Rio” avtomobilində gəliblər.

Dekabrın 4-də Daxili İşlər Nazirliyi məlumat yayaraq hər üç şəxsin saxlandığını bildirib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri