Dek
2021
17:37
56
64
3316
Virtual karabakh

Ramal Hüseynov: “Qışqırdım ki, uşaqların haqqını niyə yeyirsən, nə şərəfsizlik edirsən?!”

6 Dek, 2021
17:37
3316

Ramal Hüseynov: “Qışqırdım ki, uşaqların haqqını niyə yeyirsən, nə şərəfsizlik edirsən?!”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1:0 qalib gəldiyimiz vaxt baş hakim “Səbail”in qapısına penalti verdi. Yan xətt hakimi qışqırdı ki, penalti yoxdur. Amma baş hakim yenə də öz fikrindən daşınmadı. Mən də qışqırdım ki, uşaqların haqqını niyə yeyirsən, nə şərəfsizlik edirsən?! Köməkçin də deyirsə ki, orada penalti yoxdur, sən niyə belə edirsən?! Bir sözlə, qarışqanı filə çevirib 15 oyunluq cəza verdilər”.

Bunu Oxu.Az-a millimizin sabiq futbolçusu Ramal Hüseynov deyib.

24 noyabr tarixində keçirilmiş U-16 liqasının (16 yaşadək futbolçuların çıxış etdiyi birincilik) ROFM – “Səbail” oyununun 30-cu dəqiqəsində hakimi təhqir etmə və hədə-qorxu gəlməsinə görə stadiona girişinə 15 oyunluq qadağa qoyulub. Görüş isə 1:1 hesabı ilə başa çatıb.

O, üç gün əvvəl verilmiş cəzanın onu qorxutmadığını bildirib:

“İstəyir, 30 oyun cəza versinlər, mənim üçün fərqi yoxdur. Əsas Allahın cəzasıdır. Mən orada klub rəsmisi kimi yox, bir azarkeş kimi iştirak edirdim. İntizam Komitəsi də cəzanı verəndə maraqlanmır ki, Ramal Hüseynovun “Səbail”lə müqaviləsi var, ya yox. Ağızlarına gələn qərarı veriblər.

Mənim yaxınlarda “Səbail” Akademiyasında seleksiya məşqçisi kimi təyinatım rəsmiləşməlidir. Amma fakt budur ki, mən həmin oyunda klub rəsmisi deyildim. Adi azarkeşə də cəza verilər? Onda gərək bütün “Səbail” azarkeşləri cəzalandırılsın.

Ramal Hüseynov yenidən futbola qayıdıb deyə, bunların bəziləri qorxuya düşüb. Amma qorxmasınlar. Mənim meydançamda oynamasınlar, gedib başqa iş görsünlər. Allahdan başqa heç kimdən qorxum yoxdur. Heç vaxt haqqı qoyub, nahaqqa qaçmamışam. Ona görə də həmişə başı yuxarı gəzmişəm.

Kimdənsə şikayət etmək mənə yaraşan hərəkət deyil. Qoy onlar məni cəzalandırsın, mən stadionun yolunu tanıyıram. Yolu açan da, bağlayan da Allahdır. Futbolu bilən, məni tanıyan hakimlər hörmət edir. Bu matçdakı hakim gənc idi, futbolu bilmirdi. İntizam Komitəsində mənə cəza verənlərin də tam futbol adamı olub-olmadıqlarını bilmirəm”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri