Dek
2021
12:54
37
63
2199
Virtual karabakh

ÇL qruplarında son tur həyəcanı: “Beşiktaş” ilk xal, “Real” və “İnter” birincilik üçün meydana çıxır - AFİŞA

7 Dek, 2021
12:54
2199

ÇL qruplarında son tur həyəcanı: “Beşiktaş” ilk xal, “Real” və “İnter” birincilik üçün meydana çıxır - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu bu gün start götürəcək.

Qrup mərhələsinin son turunda meydana ilk olaraq A qrupunun iştirakçıları çıxacaq.

Bakı vaxtı ilə 21:45-də start götürəcək qarşılaşmalarda PSJ “Brügge”ni, “Leypziq” isə “Mançester Siti”ni qəbul edəcək.

ÇL-in bu qrupunda artıq növbəti mərhələyə vəsiqə qazanacaq komandalar (“Mançester Siti” və PSJ) bəllidir. Sonuncu görüş ərəfəsində aktivində 12 xal olan “şəhərlilər”in qrup liderliyi, 8 xallı PSJ-nin ikinciliyi isə artıq təmin olunub. 4 xallı “Leypziq” və “Brügge” bu gün meydana Avropa Liqası vəsiqəsi üçün xal qazanmaq ümidi ilə çıxacaq.

Turun növbəti oyunları saat 00:00-da start götürəcək:

B qrupu

“Milan” - “Liverpul”

“Porto” - “Atletiko

Bu qrupda artıq “Liverpul” 15 xalla növbəti tur vəsiqəsini təmin edib. Son turun nəticəsindən asılı olaraq digər üç komandanın “Porto” (5 xal), “Milan” (4 xal), “Atletiko”nun (4 xal) hər birinin ikincilik şansı qalır.

C qrupu

“Ayaks” - “Sportinq”

“Borussiya” - “Beşiktaş”

C qrupunda “Ayaks” 15 xalla liderlik edir. “Sportinq” 9 xalla ikinci, Dortmund “Borussiya”sı 6 xalla üçüncüdür. Xal qazana bilməyən Türkiyə çempionu “Beşiktaş” qrup sonuncusudur.

D qrupu

“Real” - “İnter”

“Şaxtyor” - “Şerif”

D qrupunda artıq növbəti mərhələyə bütün vəsiqələrin taleyi həll olunub. Madrid “Real”ı ilə Milan “İnter”i arasındakı oyun yalnız qrup liderini müəyyənləşdirmək baxımından önəm daşıyacaq. Sonuncu tur öncəsi ispanlar 12 xalla lider, “İnter” isə 10 xalla ikincidir. Avropa Liqasına vəsiqəni təmin etmiş “Şerif” (6 xal) isə son turda “Şaxtyor”dan (1 xal) xal almaqla tarixində ilk dəfə iştirak etdiyi Çempionlar Liqasının qrup mərhələsində nəticəsini bir qədər də yaxşılaşdırmağa çalışacaq.

H qrupu

“Yuventus” - “Malmö”

“Zenit” - “Çelsi”

Qrupun son qarşılaşmaları “Çelsi” (12 xal) və “Yuventus”un (12) liderlik mübarizəsinə çevriləcək. 4 xala sahib olan “Zenit” isə mübarizəni çox güman ki, Avropa Liqasında davam etdirəcək. Çünki 1 xala sahib “Malmö” Avropa Liqasına vəsiqə uğrunda mübarizədə həm aralarındakı oyun, həm də top fərqi baxımından da Rusiya təmsilçisindən geri qalır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri