Dek
2021
17:32
81
18
899
Virtual karabakh

MOK-da Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi müzakirə olundu - FOTO

9 Dek, 2021
17:32
899

MOK-da Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illiyi müzakirə olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçini qəbul edib.

Oxu.Az-a verilən xəbərə görə, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunları haqqında təəssüratlarını bölüşərək, Oyunların təşkilatçılığının yüksək qiymətləndirildiyini bildirib.

Çingiz Hüseynzadə Oyunların təhlükəsiz və uğurlu təşkilinə görə, həmçinin 27 qızıl, 14 gümüş və 17 bürünc olmaqla 58 medal qazanan Yaponiya komandasının, həm Tokio-1964 (ümumi 29 medal), həm də Meksika-1968 (ümumi 25 medal) Yay Olimpiya Oyunlarındakı nəticəsini təkrarlayaraq yenidən 3-cü yerdə qərarlaşması münasibəti ilə də təbrik edib. MOK-un, həmçinin Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili olan 2022-ci illə bağlı bir sıra əməkdaşlıq təklifləri müzakirə olunub.

Səfir Vada Cuniçi oyunlara dəstək məqsədilə MOK-un təşəbbüsü ilə qatıldığı “Rəsmi idman geyiminin təqdimatı” və “Zəfər Günləri” verilişinin onun üçün əhəmiyyətindən danışıb. O Tokio-2020 Yay Olimpiya Oyunlarında təşkilat komitəsinin idmançıların sağlamlıqlarının qorunmasına nail ola bilməsini xüsusi qeyd edib. MOK-un baş katibinin müavini Azər Əliyev və Marketinq Departamentinin rəhbəri Mehman Kərimov qarşılıqlı əməkdaşlıq məsələlərinə dair məlumat veriblər.

Görüş iştirakçıları təqdimatlarla tanış olublar. Səfir Vada Cuniçi 2022-ci ildə Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin 30 illik yubiley ili əlaqədar planlaşdırdıqları tədbirlər planını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyevə təqdim edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri