15 
Dek
2021
16:42
317
28
3464
Virtual karabakh

Azərbaycanlı Rusiyada federasiya prezidenti seçildi - VİDEO

15 Dek, 2021
16:42
3464

Azərbaycanlı Rusiyada federasiya prezidenti seçildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı ikiqat Olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti seçilib.

Oxu.Az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd olaraq qalib gəlib.

O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib. I vitse-prezident isə Nijni Novqorod şəhər dumasının sədri Oleq Lavriçyov seçilib.

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atlanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov Azərbaycan Qılıncoynatma Federasiyasının sabiq prezidenti Yaşar Məmmədovun oğludur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri