Yan
2022
03:50
51
48
2769
Virtual karabakh

Avstraliyanın baş naziri Cokoviçə ultimatum verib

6 Yan, 2022
03:50
2769

Avstraliyanın baş naziri Cokoviçə ultimatum verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın baş naziri Skott Morrison dünyanın bir nömrəli tennisçisi adını alan Novak Cokoviçin koronavirus peyvəndinə qarşı əks-göstəriş almasını narazılıqla qarşılayıb. O, idmançıya ultimatum verib və qeyd edib ki, serbə peyvəndin zərərli olması barədə tibbi təsdiq gözləyir.

“Biz bu sübutu gözləyirik. Əgər kifayət qədər inandırıcı deyilsə, ona hər hansı digər insanla eyni davranılacaq: o, ilk təyyarə ilə evə göndəriləcək”, - deyə Morrison hədələyib.

Qeyd edək ki, yanvarın 4-də Cokoviçin peyvənd vurdurmadığına baxmayaraq, “Australian Open” çempionatında mübarizə apara biləcəyi məlum olub. O, Viktoriya ştatının hakimiyyət orqanlarından xüsusi icazə alıb.

“Australian Open” turniri yanvarın 17-dən 30-a kimi davam edəcək. Dünyanın bir nömrəli tennisçisi Cokoviç turnirin hazırkı qalibidir.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri