12 
Yan
2022
11:54
169
48
3737
Virtual karabakh

Bu gün ilin ilk “El Klasiko”su Səudiyyə Ərəbistanında olacaq

12 Yan, 2022
11:54
3737

Bu gün ilin ilk “El Klasiko”su Səudiyyə Ərəbistanında olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə İspaniya Super Kubokuna start veriləcək.

Oxu.Az xəbər verir ki, Super Kubok dörd komandanın iştirakı ilə baş tutacaq.

İlk yarımfinal oyununda “El Klasiko” keçiriləcək. Madrid “Real”ı Kral Fəhd adına Stadionda “Barselona” ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Barselona”da Martin Breytveyt, Yusuf Dəmir, Erik Qarsiya, Serxi Roberto və Mussa Vaqe, “Kral klubu”nda isə Qaret Beyl ilə Mariano Dias oynaya bilməyəcək.

Cütün qalibi sabah keçiriləcək “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) qarşılaşmasının qalibi ilə görüşəcək. Final isə yanvarın 16-da baş tutacaq.

Qeyd edək ki, Super Kubok oyunları ilk dəfə İspaniyadan kənarda olacaq. Bütün matçlar Səudiyyə Ərəbistanında keçiriləcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri