13 
Yan
2022
11:12
221
13
2842
Virtual karabakh

“Qarabağ” portuqaliyalı futbolçunu transfer etdi

13 Yan, 2022
11:12
2842

“Qarabağ” portuqaliyalı futbolçunu transfer etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” klubu növbəti transferini reallaşdırıb.

Oxu.Az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Leandru Andrade ilə müqavilə imzalanıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.

2011-2013-cü illərdə “Sportinq” kimi məşhur klubun yetirməsi olmuş, vətənində “Olyanense”, “Fatima” klublarının şərəfini qorumuş Leandru Andrade yeni komandasında 15 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, kabo verdeli Patrik Andrade də 2020-ci ildə “Qarabağ”a “Çerno More”dən transfer olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri