13 
Yan
2022
19:40
19
99
1489
Virtual karabakh

Millimizin qapıçısı: “Bu qarşılaşmalar səhvlərimizi görmək baxımından xeyrimizə oldu” - FOTO

13 Yan, 2022
19:40
1489

Millimizin qapıçısı: “Bu qarşılaşmalar səhvlərimizi görmək baxımından xeyrimizə oldu” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırlıq prosesimiz yanvarın 5-də start götürüb. Tam heyətlə isə ayın 10-dan etibarən məşq etməyə başlamışıq. Bəzi günlərdə iki məşq gerçəkləşib. İlk olaraq, fiziki məşqlər etmişik. Yanvarın 10-dan isə taktiki-texniki hazırlıq, standart vəziyyətlər üzərində işləmişik. Əsas məqsədimiz Avropa çempionatının 1/4 finalına vəsiqə qazanmaqdır”.

Oxu.Az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov deyib.

O, Niderlandda keçiriləcək Avropa çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında Ukrayna millisinə iki yoldaşlıq görüşündə uduzmaları haqda danışıb: “Məğlub olmaq istəməzdik. Amma bu qarşılaşmalar bizim xeyrimizədir. Çünki bütün səhvlərimizi bu oyunlarda gördük. Hazırda məşqlərdə bu səhvlərimiz üzərində işləyirik. Çalışacağıq ki, yanvarın 17-də Belçika ilə yoldaşlıq matçında və ardından Avropa çempionatında bunları təkrarlamayaq”.

Qeyd edək ki, Azərbaycan millisi D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı Niderlandın paytaxtı Amsterdam və Qroninqen şəhərində keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri