14 
Yan
2022
14:52
231
21
3403
Virtual karabakh

Tofiq Musayev dünyanın ən məşhur turnirində nə vaxt döyüşə çıxacaq?

14 Yan, 2022
14:52
3403

Tofiq Musayev dünyanın ən məşhur turnirində nə vaxt döyüşə çıxacaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MMA döyüşçümüz Tofiq Musayevin dünyanın iki ən məşhur turnirindən biri olan “Bellator”da çıxış edəcəyi tarix bilinib.

Bu barədə Oxu.Az-a Tofiq Musayevin özü məlumat verib.

“Bellator”da hələ ki rəqibim bəlli deyil. Ancaq bağlanan müqaviləyə əsasən bir il yarım ərzində 4 döyüş keçirmək hüququm var. İlk döyüşüm fevralın sonu–martın əvvəlinə təsadüf etməlidir”, - idmançı bildirib.

Qeyd edək ki, Tofiq Musayev bu turnirdə yüngül çəkidə mübarizə aparacaq. Onun rəqibləri bilinməsə də, hazırda bu turnirlə müqavilə bağlamış 8 döyüşçü onun rəqibi ola bilər. Onların arasında ləqəbi “Pitbull” olan braziliyalı Patriki Freyre də var. Tofiq məhz bu rəqibini 2019-cu ilin dekabrın 31-də Yaponiyada keçirilmiş Rizin Qran Pri turnirinin finalında məğlub edərək kəmər qazanıb.

Onu da bildirək ki, son açıqlanan reytinqdə Tofiq Musayev öz çəki kateqoriyasında dünyanın ən güclü 40 MMA idmançısından biri sayılır. O hazırda 39-cu, UFC-də çıxış edən Azərbaycan əsilli Rafael Fiziyev 11-cidir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri