18 
Yan
2022
18:20
27
129
1741
Virtual karabakh

Azərbaycanın Qış Olimpiadasında bayraqdarı müəyyənləşdi - FOTO

18 Yan, 2022
18:20
1741

Azərbaycanın Qış Olimpiadasında bayraqdarı müəyyənləşdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin Pekin-2022 Qış Olimpiya Oyunlarındakı bayraqdarı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlayıb.

O, bildirib ki, Çinin paytaxtı Pekində keçiriləcək yarışda Azərbaycan bayrağını Vladimir Litvintsev daşıyacaq.

MOK rəsmisinin sözlərinə görə, Azərbaycan yığması Çinə 10 nəfərdən artıq nümayəndə heyəti ilə yollanacaq.

Qeyd edək ki, millimiz fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.

FOTO: Rəşad Mehdiyev 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri