21 
Yan
2022
00:32
122
31
2827
Virtual karabakh

İspaniya Kuboku: “Real Madrid” çətinliklə qalib gəldi - VİDEO

21 Yan, 2022
00:32
2827

İspaniya Kuboku: “Real Madrid” çətinliklə qalib gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniya Kuboku uğrunda yarışların 1/8 final mərhələsində daha bir qarşılaşma başa çatıb.

Oxu.az xəbər verir ki, hazırda ölkə çempionatına başçılıq edən Madrid “Real”ı səfərdə “Elçe”nin qonağı olub.

Martines Valero adına stadionda keçirilən görüşün əsas vaxtı qolsuz bitib.

Əlavə vaxtda qonaq futbolçu Marselonun meydandan kənarlaşdırılmasından sonra ev sahibləri say üstünlüyüdən yararlanaraq hesabı açmağa müvəffəq olublar.

Lakin tezliklə “Kral klubu” nəinki hesabı bərabərləşdirib, hətta qələbə topunu da rəqib qapısından keçirib.

Beləliklə də, qarşılaşma 1:2 hesabıyla paytaxt komandasının xeyrinə yekunlaşıb və “Real” ölkə Kubokunun növbəti mərhələsinə adlayıb.

Qeyd edək ki, bir qədər sonra 1/8 mərhələsinin sonuncu matçına start veriləcək. “Atletik” (Bilbao) doğma meydanda “Barselona”nı qəbul edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri