21 
Yan
2022
17:04
14
111
1141
Virtual karabakh

Millimizin iki üzvü vacib yarış öncəsi karantinə alındı

21 Yan, 2022
17:04
1141

Millimizin iki üzvü vacib yarış öncəsi karantinə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün oyunöncəsi rəsmi məşqdə iştirak etmək üçün futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVID-19 anticisim analizləri götürülüb.

Oxu.Az xəbər verir ki, komandanın iki üzvünün – Qalo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olub.

Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah oyuna qədər açıqlanacaq. Əgər PCR testin nəticəsi neqativ çıxarsa, hər iki futzalçı Gürcüstanla oyunda iştirak edə biləcək. Futzalçılar hazırda qaldıqları hotel otağında karantinə alınıb və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.

Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri