21 
Yan
2022
19:20
145
19
1737
Virtual karabakh

Azərbaycanda beynəlxalq karate turniri start götürüb - FOTO

21 Yan, 2022
19:20
1737

Azərbaycanda beynəlxalq karate turniri start götürüb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpachay Open” beynəlxalq karate turniri start götürüb.

Oxu.Az-ın xəbərinə görə, bu gün turnirin rəsmi açılış mərasimi keçirilib.

Yarışı Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov açıq elan edib. Daha sonra Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, millət vəkili Vüqar İsgəndərov çıxış ediblər.

Həmçinin, xüsusi qonaq, Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan çıxış edərək Azərbaycanda karatenin inkişafda olduğunu və Rafael Ağayev kimi idmançısının olduğunu bildirib.

“Arpaçay” klubunun prezidenti Yavər Hüseynovun çıxışından sonra yarış keçirilib.

Qeyd edək ki, bu yarışda Azərbaycan, Rusiya və Ukraynanın 6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-18 və 21 yaşadək karateçiləri iştirak edir. Yarış sabah da davam edəcək.

Səbuhi Musayev 

Foto: Kərim Abbasov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri