26 
Yan
2022
19:56
377
36
3752
Virtual karabakh

“Başakşehir” Mahir Emreli üçün “Legiya”ya 750 000 avro təklif edib - FOTO

26 Yan, 2022
19:56
3752

“Başakşehir” Mahir Emreli üçün “Legiya”ya 750 000 avro təklif edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin “Başakşehir” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı Polşa “Legiya”sına təklif göndərib.

Bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün tviter səhifəsində paylaşım edib. O, İstanbul təmsilçisinin Varşava klubuna 750 000 avro təklif etdiyini yazıb.

Daha əvvəl Türkiyə mətbuatında “Başakşehir”in 25 yaşlı hücumçu ilə anlaşdığı bildirilib.

Qeyd edək ki, “Legiya”dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünasla əməkdaşlıq edən M.Əmrəli ondan müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına görə kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri