28 
Yan
2022
03:50
10
128
1532
Virtual karabakh

Biatlonçu qız uğursuz yarışdan sonra ölümlə hədələnib - FOTO

28 Yan, 2022
03:50
1532

Biatlonçu qız uğursuz yarışdan sonra ölümlə hədələnib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Estoniyalı biatlonçu Tuuli Tominqas uğursuz yarışdan sonra ölümlə hədələndiyini bildirib. İtaliyanın Antholz şəhərində keçirilən Dünya Kubokunun yeddinci mərhələsində Tominqas qadın estafetində ikinci mərhələdə çıxış edib.

Uğursuz yarışdan sonra “Instagram” istifadəçilərindən biri biatlonçunun paylaşımının altına onu və ailəsini ölümlə hədələyən şərhlər yazıb.

“Deyəsən, bu yoldaş bütün pulu komandamıza qoyub və uduzub. Bu şərh üçün sadəcə başqa bir izahat tapa bilmirəm”, - deyə Tominqas bildirib.

Qeyd edək ki, Estoniya millisi estafetdə 15-ci yeri tutub. Onlar Norveçli qaliblərdən dörd dəqiqə 17,7 saniyə geri qalıblar.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri