27 
Yan
2022
20:05
151
12
1201
Virtual karabakh

AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirir

27 Yan, 2022
20:05
1201

AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dopinqlə mübarizə sahəsində Milli Əlaqələndirici Mərkəz olan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirəcək.

Oxu.Az xəbər verir ki, qurum problemin törətdiyi ictimai təhlükəni də nəzərə alaraq dopinq vasitələri ilə mübarizəni gücləndirmək məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb.

Tədbirlər planında dopinq vasitələrinin bazarının geniş təhlil edilməsi və aidiyyəti dövlət qurumları ilə birgə mübarizə tədbirlərinin gücləndirilməsi əksini tapıb.

Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin  artırılması  nəzərdə tutulub. Bundan əlavə dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin “Qırmızı Siyahı”sının müəyyənləşdirilməsi və bu siyahının müvafiq dövlət qurumlarına təqdim edilməsi planlaşdırılır.

Şübhəsiz ki, dopinqlə mübarizədə ictimaiyyətin iştirakı böyük əhəmiyyətə malikdir. Belə hallarla rastlaşan vətəndaşların bununla bağlı məlumatlar verməsi üçün AMADA-nın “Susma” anonim məlumat platforması mövcuddur. AMADA-nın veb-saytına yerləşdirilmiş bu platforma vasitəsi ilə məlumat verən şəxslərin anonimliyi və məlumatın məxfiliyinə tam təminat verilir.

Tədbirlər planında “Susma” anonim məlumat platformasının təbliği və ictimaiyyətin bu platformadan istifadə etməsini təşviq etmək üçün də tədbirlər görülməsi əksini tapıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri