29 
Yan
2022
11:20
129
19
2121
Virtual karabakh

Avropa Oyunlarının və İslamiadanın qalibinə federasiyada vəzifə verildi - ÖZƏL

29 Yan, 2022
11:20
2121

Avropa Oyunlarının və İslamiadanın qalibinə federasiyada vəzifə verildi - ÖZƏL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə ikiqat dünya və üçqat Avropa mükafatçısı, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalçısı Elvin Mürsəliyevə millidə vəzifə verilib.

Oxu.Az-ın xəbərinə görə, 33 yaşlı Mürsəliyev yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət millimizə məşqçi təyin olunub.

Bu millidə böyük məşqçi Taleh İsrafilovdur. Onun digər köməkçiləri isə Nazim Əhmədov və Rasim Ağayevdir.

Qeyd edək ki, Elvin Mürsəliyevin ötən il karyerasını başa vurduğunu da ilk olaraq Oxu.Az bildirmişdi. O, ötən ildən məşqçilər korpusuna qeyri-rəsmi kömək edirdi.

Məsələ ilə bağlı Güləş Federasiyasının da mövqeyini öyrəndik. Oradan bildirdilər ki, bu təyinat hələ rəsmiləşməyib, bu barədə məlumat rəsmiləşdikdən sonra rəsmi sayt vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri