Fev
2022
11:24
31
302
936
Virtual karabakh

Elxan Məmmədov: “Uşaq futbolunda 20 faiz azalma var”

2 Fev, 2022
11:24
936

Elxan Məmmədov: “Uşaq futbolunda 20 faiz azalma var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropa və onun tərkibində olan Azərbaycan futbolu çətin günlər keçirdi. Xoşbəxtlikdən qısa müddətdən sonra futbolumuzu davam etdirə bildik. Pandemiya zamanı davam etdirilən yeganə idman növü futbol oldu. Milli komanda səviyyəsində nəticələr qənaətbəxş olmadı. Amma oyunlar göstərdi ki, daha çox xal toplaya bilərik”.

Oxu.Az xəbər verir ki, bunu AFFA-nın bugünkü Konfransında qurumun icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

E.Məmmədov məktəblərdə idman dərslərinin həftədə iki dəfədən çox olmasını təklif edib:

“Bunun ancaq müsbət təsiri olar. Uşaqlıqdan məktəblərdə sağlam həyat tərzi təbliğ olunmalıdır. Təəssüf ki, pandemiya uşaqların sayına da təsir göstərdi. 20 faiz azalma var. Pandemiyadan əvvəl uşaq futbolçularının sayı 10 196 idisə, indi 8 351-ə düşüb”.

Elxan Məmmədov bölgə futbolundakı aktivliyin bir müddət əvvəl azaldığını vurğulayıb:

“Qaydalar yumşaldıqdan sonra bölgələrə səfərlərimiz oldu. Futbol ictimaiyyəti, azarkeşlərlə, icra nümayəndələri ilə görüşdük. Təklifləri dinlədik, yaxın və orta planlarımızı qurduq. Bəzi bölgələrdə yeni meydançalar inşa olundu. Ötən ilin ən əhəmiyyətli infrastruktur layihəsi Şamaxı şəhər stadionunun açılışı oldu. Orada artıq mini-meydançalar da inşa olunub. Belə bir stadionun olması “Keşlə”nin ora köçməsinə vadar etdi. “Keşlə”nin adının “Şamaxı”ya dəyişdirilməsi ilə bağlı müraciətlər FIFA, UEFA və PFL-ə göndərilib. Ümid edirəm ki, bu mövsümün sonları komanda Şamaxıda fəaliyyətə başlayacaq”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri