10 
Fev
2022
17:20
231
25
5608
Virtual karabakh

İngiltərənin məşhur klubu azərbaycanlı futbolçunu transfer etmək istəyir? - AÇIQLAMA + FOTO

10 Fev, 2022
17:20
5608

İngiltərənin məşhur klubu azərbaycanlı futbolçunu transfer etmək istəyir? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərənin “Çelsi” klubu azərbaycanlı futbolçunu transfer etməyə yaxındır.

Apasport.Az-ın məlumatına əsasən, London klubu “Gömrükçü” komandasının üzvünü, çempionatda bombardir olmuş 16 yaşlı Şəkər Piriyevanı transfer etmək üçün çalışır.

Lakin 17 yaşadək millimizin (U-17) baş məşqçisi Zamir Həsənov Oxu.Az-a açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib: 

“Gömrükçü” klubunun baş məşqçisi İradə Quliyeva ilə də maraqlanmışam. Bu barədə xəbəri yoxdur. Mən özüm “Çelsi”nin futbolçu ilə maraqlana biləcəyi yerlərdən soruşmuşam. Hələ ki heç kimlə əlaqə qurulmayıb. Əgər bu informasiya doğrudursa, ola bilər ki, onun sentyabrın 30-da seçmə mərhələdə Albaniyaya vurduğu 2 qol diqqətləri çəkib (bu matçda Piriyeva qırmızı vərəqə də alıb – S.M.). Həmin matç 3:3 hesabı ilə başa çatmışdı”.

O bildirib ki, hazırda Şəkər Piriyeva koronavirusa yoluxduğu üçün məşqlərdə iştirak etmir:

“Onun testi pozitiv çıxıb. Bir həftədir ki, məşqlərə də qoşulmur. O, 23-31 yanvar tarixlərində U-17 millisi ilə məşqlərdə iştirak edib. 1-5 mart tarixlərində Bakıda yenidən toplanışımız olacaq. Ora qatılacaq”.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri