11 
Fev
2022
21:11
358
25
2133
Virtual karabakh

İki azərbaycanlı hakim ali beynəlxalq kateqoriyaya yüksəlib

11 Fev, 2022
21:11
2133

İki azərbaycanlı hakim ali beynəlxalq kateqoriyaya yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın güləş üzrə daha 2 hakimi ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.

Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.

UWW ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib Azərbaycan referilərinin sayı 3-ə çatıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.

Qeyd edək ki, olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə malik olan hakimlər idarə edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri