Mar
2022
12:44
471
22
3880
Virtual karabakh

Rusiyalı milyarderin oğlu “Formula-1” yarışlarından kənarlaşdırıldı

4 Mar, 2022
12:44
3880

Rusiyalı milyarderin oğlu “Formula-1” yarışlarından kənarlaşdırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı pilot Nikita Mazepin bundan sonra “Haas” komandasının tərkibində “Formula-1” yarışlarında iştirak edə bilməyəcək.  

N.Mazepin yerini komandada ehtiyat pilot Petro Fittipaldi tutacaq.

Qeyd olunur ki, artıq ehtiyat pilot P. Fittipaldi martın 10-12-də Bəhreyndə keçiriləcək mövsümöncəsi testlərdə çıxışa hazırlaşır.

Məlumatın yaxın saatlarda “Formula-1” tərəfindən təsdiqlənməsi gözlənilir.

Məlumat üçün qeyd edək ki, Nikita Mazepin rusiyalı sahibkar, “Uralxim” şirkətinin sahibi və direktorlar şurasının sədri, milyarder Dmitri Mazepinin oğludur.

Bu addımın Rusiya ordusunun fevralın 24-dən etibarən Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatlara cavab olaraq atıldığı bildirilir.

Mənbə: XSport

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri