24 
Mar
2022
13:24
214
33
3316
Virtual karabakh

“Barselona” dünya ulduzunu heyətinə qatmaq niyyətindədir

24 Mar, 2022
13:24
3316

“Barselona” dünya ulduzunu heyətinə qatmaq niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın “Yuventus” klubunun razılığa gələ bilmədiyi Paulo Dibala İspaniyanın “Barselona” klubunun maraq dairəsindədir.

Bu barədə “Marca” yazır.

Nəşrin məlumatına görə, “Qoca sinyora” ilə razılaşması bu il iyunun 30-da bitəcək 28 yaşlı argentinalı klubu ilə müqaviləni yeniləmək niyyətində deyil.  

Bildirilir ki, forvardla “Barselona” ilə yanaşı, “Mançester Yunayted”, “Pari Sen-Jermen”, “İnter” (Milan) və “Atletiko Madrid” də maraqlanırlar.

Qeyd edək ki, yayda azad agent statusu ilə ayrılacağı Turin klubunda keçirdiyi yeddi mövsüm ərzində Dibala 283 oyuna çıxıb, 113 qol vurub və 53 məhsuldar ötürmə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri