28 
Mar
2022
11:16
246
9
1330
Virtual karabakh

Avropa çempionatı: Hacı Əliyev yeddi aylıq fasilədən sonra Budapeştdə döşəyə qayıdır

28 Mar, 2022
11:16
1330

Avropa çempionatı: Hacı Əliyev yeddi aylıq fasilədən sonra Budapeştdə döşəyə qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı start götürəcək.

Oxu.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.

57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə təsnifat mərhələsində ispaniyalı Levan Metreveli ilə üz-üzə gələcək.

65 kq-da yarışan üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev mübarizəyə 1/4 finaldan qoşulacaq. Yarışın reytinq favoriti olan 31 yaşlı idmançının bu mərhələdə rəqibi Munir Aktaş (Türkiyə) – Kventin Stiker (Fransa) görüşünün qalibi olacaq. Bu, 30 yaşlı Hacı Əliyevin Olimpiadadan – 7 aydan sonra ilk yarışıdır.

Bu ay Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş 23 yaşadək güləşçilər arasında Avropa çempionu olmuş Zirəddin Bayramov bu dəfə 65 kq-da yox, 70 kq çəki dərəcəsində mübarizə aparacaq. O, 1/8 finalda macarıstanlı Daniel Antalın müqavimətini qırmağa çalışacaq.

Əşrəf Aşırov (79 kq) eyni raundda bolqarıstanlı Miroslav Kirovu sınağa çəkəcək.

Məhəmmədxan Məhəmmədov (97 kq) isə təsnifat mərhələsində litvalı Lukas Krasauskasa qalib gəlməyə çalışacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 3-də yekun vurulacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri