Apr
2022
21:16
130
31
1930
Virtual karabakh

“Mançester Siti” liderliyini davam etdirdi, “Çelsi” evində büdrədi - VİDEO

2 Apr, 2022
21:16
1930

“Mançester Siti” liderliyini davam etdirdi, “Çelsi” evində büdrədi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 31-ci turunun növbəti qarşılaşmaları yekunlaşıb.

Bu turda səfərdə “Börnli”nin qonağı olan “Mançester Siti” ilk hissədə oyunun taleyini həll edərək liderliyini davam etdirib.

“Mançester Siti”nin qollarını beşinci dəqiqədə K. De Bruyne və 25-ci dəqiqədə İ.Gündoğan vurublar. Qələbə xallarının sayını 73-ə çatdıran “Mançester Siti”nin daha erkən başa çatmış qarşılaşmada qələbə qazanan “Liverpul”la bir xallıq fərqi qorumasına kömək edib - 2:0.

31-ci turun bir digər qarşılaşmasında hazırda liqada üçüncü pillədə qərarlaşan “Çelsi” büdrəyib.

Doğma meydanda “Brentford”u qonaq edən “Çelsi” 1-4 hesabı ilə darmadağınla üzləşib.

İlk hissəsində qapılara qol vurulmayan qarşılaşda “Çelsi” 48-ci dəqiqədə A.Rüdigerin qolu ilə önə keçsə də, növbəti 12 dəqiqədə qapısında üç qol görüb. Qonaqların heyətində 50-ci dəqiqədə V.Janelt, 54-cü dəqiqədə K.Eriksen, 60-cı dəqiqədə isə yenidən V.Janelt fərqlənib.

Oyunda son nöqtəni “Brentford”dan Y.Vissa qoyub. “Brentford” qələbə sayəsində xallarının sayını 33-ə yüksəldərək 14-cü pilləyə qalxıb. “Çelsi” isə 59 xalda qalaraq çempionluq uğrunda yarışan “Mançester Siti” və “Liverpul”dan bir qədər də uzaqlaşıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri