Apr
2022
11:24
235
15
1632
Virtual karabakh

Hacı Əliyev: “Öz rekordumu özüm də dəyişə bilərəm”

5 Apr, 2022
11:24
1632

Hacı Əliyev: “Öz rekordumu özüm də dəyişə bilərəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın güləş tarixində yeganə üçqat dünya çempionu olmağım təsadüfi deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm”.

Bunu Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev şəxsi “Instagram” hesabında yazıb.

65 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı bu rekordu yeniləmək üçün uzun illərin lazım olduğunu bildirib:

“Paris-2024 Yay Olimpiya Oyunlarına qədər bu rekordu özüm də dəyişə bilərəm”.

Qeyd edək ki, üçqat dünya çempionluğu ilə bərabər, üçqat Avropa çempionu tituluna malik Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında gümüş medal qazanıb. Əvəzində yunan-Roma güləşçisi Rafiq Hüseynov 82 kq çəkidə üçüncü dəfə Avropa çempionluğuna yiyələnib. 2021-ci ildə isə Hüseynov dünya çempionu olub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri