Apr
2022
12:06
251
23
3517
Virtual karabakh

Rafael Ağayevin rəqibi olimpiya medalını hərracda SATDI

9 Apr, 2022
12:06
3517

Rafael Ağayevin rəqibi olimpiya medalını hərracda SATDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynalı karateçi Stanislav Qoruna Tokio-2020 Yay Olimpiya Oyunlarında qazandığı bürünc medalı satıb.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, 75 kq çəki dərəcəsində yer alan 33 yaşlı idmançı bu addımı xeyriyyə məqsədilə atıb.

Medalın başlanğıc qiyməti 10 min ABŞ dolları olub. Lakin hərrac vaxtı qiymət iki dəfədən çox artıb və nəticədə 20 500 dollara satılıb. Medalı alan isə Yaponiya vətəndaşıdır.

İdmançı yığılan vəsaiti ukraynalı müdafiəçilərin ehtiyaclarına sərf edəcək.

Qeyd edək ki, Stanislav Qoruna Minsk-2019 II Avropa Oyunlarının finalında Azərbaycan təmsilçisi Rafael Ağayevə qalib gələrək, qızıl medal qazanıb. Tokio Olimpiadasında isə onlar üz-üzə gəlməyiblər. Ağayev finalda italiyalı Luici Busaya uduzaraq gümüş, Qoruna isə yarımfinalda eyni karateçiyə yenilərək, bürünc medal əldə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri