Apr
2022
17:52
150
8
863
Virtual karabakh

Xorvatiyada boççia idman növü üzrə ölkəmizi təmsil edənlər vətənə qayıtdı - FOTO

9 Apr, 2022
17:52
863

Xorvatiyada boççia idman növü üzrə ölkəmizi təmsil edənlər vətənə qayıtdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Boççia İdman Federasiyası 3-7 aprel tarixlərində Xorvatiyanın Zagreb şəhərində keçirilən “Boççia İdman növü üzrə Qitələrarası Çempionat”da iştirak edib.

Oxu.Az-a verilən məlumata görə, federasiya sözügedən çempionatda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Paralimpiya Komitəsinin dəstəyi ilə iştirak edib.

Baş Məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında ölkəmizi təmsil edən milli komandanın idmançılarından BC2 kateqoriyası üzrə Sona Ağayeva I yer - qızıl, BC4 kateqoriyasi üzrə Bəhruz Mirzəyev I yer - qızıl, BC2 kateqoriyası üzrə Orxan Kərimov bürünc medal qazanıb.

Vətənə qələbə ilə geri qayıdan boççiaçıları Gənclər və İdman Nazirliyi, Federasiyanın işçi və idmançı heyəti qarşıladı. Qələbə qazanan boççiaçılar bu qələbəni 44 günlük Vətən Müharibəsinin qaliblərinə, şəhid ailələrinə və qazilərinə həsr etdiklərini bildiriblər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri