14 
Apr
2022
12:15
31
205
1683
Virtual karabakh

Azərbaycan yığmasını hazırlaşdırmaq üçün Belarusdan məşqçi gətirildi

14 Apr, 2022
12:15
1683

Azərbaycan yığmasını hazırlaşdırmaq üçün Belarusdan məşqçi gətirildi

Belarus şahmatçısı, beynəlxalq usta, məşqçi Mixail Şereşevski Bakıda səfərdədir. Tanınmış məşqçi bir müddət gənc və yeniyetmə şahmatçılar, o cümlədən qadınlardan ibarət Azərbaycan yığmasının hazırlığı ilə məşğul olacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyası həmin yığma komandaların hazırlıq səviyyəsini artırmaq üçün Mixail Şereşevskinin təlim-məşq toplanışına cəlb olunması barədə qərar qəbul edib.

Hazırlıq şahmatçıların fərdi inkişafına uyğun xüsusi proqramla keçiriləcək.

Qeyd edək ki, MDB məkanında tanınan məşqçi M.Şereşevski 1950-ci ildə Minskdə anadan olub. Karyerası ərzində Belarus çempionatının mükafatçısı olub, dəfələrlə ölkəsində milli komandaya cəlb olunub. M.Şereşevskinin yetirmələri arasında İlahə Qədimova, Aleksey Aleksandrov, Yelena Zayats kimi şahmatçılar var.

Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, sabiq dünya çempionu Vladimir Kramnik, şahmat tacı uğrunda görüşdə iştirak etmiş Boris Qelfand kimi şahmatçılar Mixail Şereşevskinin kitablarını yüksək qiymətləndirib, gənc nəsil üçün misilsiz təhlil adlandırıb. Son illər M.Şereşevski Kramnikin Soçidə yerləşən “Sirius” şahmat məktəbində böyük məşqçi kimi fəaliyyət göstərir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri