15 
Apr
2022
14:40
27
397
2243
Virtual karabakh

Sürücülərin diqqətinə: Yollarda “Formula-1” üçün tikinti-quraşdırma işlərinə başlandı

15 Apr, 2022
14:40
2243

Sürücülərin diqqətinə: Yollarda “Formula-1” üçün tikinti-quraşdırma işlərinə başlandı

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ölkəmizdə keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib.

Oxu.Az xəbər verir ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir.

Tikinti-quraşdırma işləri Xaqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.

Ötən ildən fərqli olaraq, builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.

Qeyd edək ki, bu gündən etibarən paddok ərazisinin infrastruktur-quraşdırma işlərinə də start verilib. Şəhərin qeyd olunan hissələrində görüləcək olan işləri nəzərə alaraq, Bakı Şəhər Halqası vətəndaşlardan avtomobili idarə edərkən daha diqqətli olmalarını xahiş edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri