18 
Apr
2022
15:36
121
94
3988
Virtual karabakh

Mədət Quliyevin rəhbəri olduğu federasiyanın adı dəyişdirildi - FOTO

18 Apr, 2022
15:36
3988

Mədət Quliyevin rəhbəri olduğu federasiyanın adı dəyişdirildi - FOTO

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı və loqotipi dəyişdirilib.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

Ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.

Qeyd edək ki, federasiyanın rəhbəri müdafiə sənayesi naziri Mədət Quliyevdir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri