May
2022
20:24
148
77
3310
Virtual karabakh

Maradonanın əllə qol vurduğu zaman geyindiyi idman köynəyi fantastik məbləğə satıldı

4 May, 2022
20:24
3310

Maradonanın əllə qol vurduğu zaman geyindiyi idman köynəyi fantastik məbləğə satıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərə - Argentina matçında məşhur “Tanrının əli” və “Əsrin qolu” adlı iki zərbəni vurduğu zaman geyindiyi idman köynəyi hərraca çıxarılıb.

“Sotheby's” hərrac evi Maradonanın məşhur formasının satış qiymətinin 4-6 milyon funt sterlinq arasında olacağını proqnozlaşdırsa da, “tarixi” köynək 7,14 milyon funt sterlinqə alıcı tapıb.

Qeyd edək ki, İngiltərə və Argentina 1986-cı il Dünya Çempionatının 1/4 finalında üz-üzə gəlib. 22 iyunda baş tutan oyunda 25 yaşlı Maradona 2 qol vurmaqla matçın taleyini həll edib (2:1).

Mənbə: sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri