12 
May
2022
17:15
162
15
2099
Virtual karabakh

“Qarabağ” kolumbiyalı futbolçu ilə müqavilə bağladı - FOTO

12 May, 2022
17:15
2099

“Qarabağ” kolumbiyalı futbolçu ilə müqavilə bağladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”a gəldiyim ilk gündən bəri hər kəslə yaxşı münasibətim və qarşılıqlı hörmətim olub”.

Oxu.Az xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun kolumbiyalı mərkəz müdafiəçisi Kevin Medina deyib.

Bu gün “Qarabağ” FK və Medina arasında bağlanmış müqavilənin müddəti uzadılıb. Yeni razılaşmaya əsasən, futbolçu 2025-ci il iyunun 30-dək Ağdam komandasında çıxış edəcək.

29 yaşlı müdafiəçi yeni müqavilə bağlaması barədə danışıb: “Mənim üçün müqaviləni uzatmaq və bu komandada daha bir neçə il qalmaq qərarı çətin olmadı. Daha üç il bu klubun şərəfini qoruyacağım üçün çox xoşbəxtəm”.

Qeyd edək ki, Kevin Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. O, Portuqaliyanın “Şaviş” klubundan Azərbaycana gəlib.

Xatırladaq ki, ölkə çempionu olan klub dünən baş məşqçi Qurban Qurbanovla da üç illik müqavilə bağlamışdı.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri