15 
May
2022
17:47
246
31
3471
Virtual karabakh

Ölümlə nəticələnən qəzaya görə saxlanılan məşhur güləşçi sərbəst buraxıldı

15 May, 2022
17:47
3471

Ölümlə nəticələnən qəzaya görə saxlanılan məşhur güləşçi sərbəst buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Yozgat vilayətində bir nəfərin ölümüylə nəticələnən yol qəzasının iştirakçısı olan məşhur güləşçi Rıza Kayaalp məhkəmə tərəfindən nəzarət şərti ilə sərbəst buraxılıb.

Qəza dünən axşam saatlarında Çalatlı kəndi yaxınlığında baş verib.

Kayaalpın idarə etdiyi avtomobil yolu keçmək istəyən iki uşaq atası Ərtoğrul Dolğunürəki vurub. Daha sonra 55 yaşlı kişiyə güləşçinin avtomobilinin arxasından gələn qoşqulu yük maşını da çırpılıb. Nəcmi Şahinin idarə etdiyi TIR-ın zərbəsi onun üçün ölümcül olub.

Qəza nəticəsində Dolğunürək hadisə yerində dünyasını dəyişib. İnsidentdən sonra Kayaalp və Şahin saxlanılıb.

Bu gün məhkəmə qarşısına çıxarılan hər iki nəfər mühakimə olunanadək məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Jurnalistlərə olanları anladan güləşçi mərhumun ailəsinə başsağlığı verib və günahsız olduğunu bildirib.

Mənbə: “Haber Global”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri