15 
May
2022
19:32
197
29
1650
Virtual karabakh

“Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqə qazanıb - FOTO

15 May, 2022
19:32
1650

“Zirə” və “Qəbələ” UEFA Konfrans Liqasına vəsiqə qazanıb - FOTO

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

“Report” xəbər verir ki, bütün qarşılaşmalar eyni saatda başlayıb.

“Qəbələ” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib. Qələbə qolunu 25-ci dəqiqədə Emil Səfərov vurub.

“Sabah” doğma meydanda “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib.

“Gənclik şəhəri” təmsilçisindən Vurğun Hüseynov 56-cı dəqiqədə, Rəhim Sadıxov isə 83-cü dəqiqədə fərqlənib. Meydan sahiblərindən isə 90+5-ci dəqiqədə penaltidən Kristian Sebalyos 90+6-cı dəqiqədə Aleksey Kaşuk adını tabloya yazdırıb.

Çempionatın lideri “Qarabağ” səfərdə “Səbail”i Rauf Hüseynlinin 70-ci, Musa Qurbanlının 87-ci və Ramil Şeydayevin 90+3-cü dəqiqədə vurduğu qollarla məğlubiyyətə uğradıb - 3:0. Gümüş medalları təmin etmiş “Neftçi” səfərdə “Zirə”yə 0:1 hesabı ilə uduzub. “Qartallar”ın qolunu 81-ci dəqiqədə Ramin Əhmədov vurub.

Bu nəticələrdən sonra “Zirə” və “Qəbələ” komandaları UEFA Konfrans Liqasına vəsiqələri rəsmiləşdirib. Bu iki komanda ilə yanaşı, “Neftçi” də sözügedən turnirdə mübarizə aparacaq. “Qarabağ” isə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. 

Sona bir tur qalmış lider “Qarabağ” xallarının sayını 66-ya çatdırıb, “Neftçi” 50 xalda qalıb. “Zirə” və “Qəbələ” 44 xalla 3-4-cü yerləri bölüşdürür. Avrokubokdan məhrum olan “Sabah” 39 xalla 5-ci yerdədir. 21 xala malik komandalardan “Sumqayıt” və “Şamaxı” 6-7-ci pillədədir. Son sıradakı “Səbail”in isə 15 xalı var.

Premyer Liqanın sonuncu - XXVIII turunda bürünc medalın taleyinə aydınlıq gələcək. Üçüncü yer uğrunda “Zirə” və “Qəbələ” komandaları mübarizə aparacaq. Paytaxt təmsilçisi “Şamaxı”nı, bölgə klubu ilə “Sabah”ı qəbul edəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri