17 
May
2022
00:56
58
25
2054
Virtual karabakh

“Arsenal” iki top buraxmaqla Çempionlar Liqasına çıxışını sual altına aldı - VİDEO

17 May, 2022
00:56
2054

“Arsenal” iki top buraxmaqla Çempionlar Liqasına çıxışını sual altına aldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasında 37-ci tur çərçivəsində daha bir matç baş tutub.

“Nyukasl” “Sent Ceyms Park” arenasında “Arsenal”ı qəbul edib.

Çempionlar Liqasına çıxmaq uğrunda  “Tottenhem”lə yarışan  “topçular” 2:0 hesabıyla məğlub olaraq öz işlərini daha da çətinləşdiriblər.

Qeyd edək ki, hazırda “Tottenhem” 68 xalla 4-cü, “Arsenal” 66 xalla 5-ci, “Nyukasl” isə 46 xalla 12-ci yerdə qərarlaşıb.

Sonuncudan əvvəlki tura mayın 17-də keçiriləcək “Southempton” - “Liverpul” qarşılaşması ilə yekun vurulacaq.  

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri