17 
May
2022
12:48
225
76
3146
Virtual karabakh

40 yaşlı Fərid Mansurov: “Nə hədiyyə verməyi, nə də almağı xoşlayıram”

17 May, 2022
12:48
3146

40 yaşlı Fərid Mansurov: “Nə hədiyyə verməyi, nə də almağı xoşlayıram”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilməyim o demək deyil ki, güləşə yenidən qayıtmışam. Mən güləşdə həmişə olmuşam. Fiziki cəhətdən də güləşin içindəydim”.

Bunu Oxu.Az-a yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman işləri üzrə prorektoru Fərid Mansurov deyib.

AFFA İcraiyyə Komitəsinin üzvü olan F.Mansurov ötən ay Mikayıl Cabbarovun prezidenti olduğu Azərbaycan Güləş Federasiyasına da üzv seçilib. O bu barədə danışıb:

“Mən əvvəl federasiyada baş məşqçi, vitse-prezident də işləmişəm. Nazirliyə keçdikdən sonra bir qədər aralanmışdım. Amma hər zaman güləşin içində olmuşam. Güləş bizim qanımızdadır. Özüm idmançı kimi karyeramı tez bitirmişəm. İstəmirəm ki, digər güləşçilərimiz də belə aqibətlə üzləşsin. Mən, Namiq Abdullayev kimi Olimpiya çempionları şadıq ki, federasiyanın həlledici qərarlarında yaxından iştirak edəcəyik”.

O, bir həftə əvvəl 40 yaşının tamam olması barədə isə bunları deyib:

“Söhbət 40 yaşın qeyd olunmamasından getmir. Mən ümumiyyətlə ad günü keçirməyi sevmirəm. Nə hədiyyə verməyi, nə də hədiyyə almağı xoşlayıram”.    

Fərid Mansurov bu ay Mingəçevirdə keçirilmiş avarçəkmə yarışını da canlı izləyib. Onun bu barədə fikirləri belə olub:

“Bakıda başqa tədbirdə iştirak edirdim deyə, Suqovuşandakı yarışa gedə bilmədim. Amma ilk dəfə Mingəçevirdə avarçəkmə yarışını izlədim. Orada belə bir yarışın keçirilməsi bu idman növünə göstərilən diqqətin nəticəsidir. İnanıram ki, həmin yarışdan sonra bu idman növünə maraq daha da artacaq. Suqovuşan və Mingəçevirdə bu idman növünü keçirmək üçün gözəl təbiət və şərait də var.

Ümumiyyətlə, Mingəçevirdə sovet dövründən qalma baza var. Bu idman növünün Azərbaycanda nəticələri olub. Olimpiadada bu idman növündə medallar qazanılıb. Düzdür, həmin medallar legionerlər hesabına əldə olunub. Amma ümumi götürsək, Mingəçevirdə tarixən bu idman növünün kökü olub”.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri