19 
May
2022
14:42
107
26
1572
Virtual karabakh

Olimpiya çempionu Rəşad Sadıqova forma hədiyyə etdi - FOTO

19 May, 2022
14:42
1572

Olimpiya çempionu Rəşad Sadıqova forma hədiyyə etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqovu mükafatlandırıb.

Oxu.Az-ın xəbərinə görə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) idman işləri üzrə prorektoru F.Mansurov futbol millimizin və “Qarabağ”ın sabiq kapitanına təşəkkürnamə təqdim edib.

R.Sadıqova bu gün ADBTİA-nın tələbələri ilə görüşə qatıldığı və onlarla öz təcrübəsini bölüşdüyü üçün xüsusi forma da verilib. Formanın üzərində onun öz şəkli yer alıb.

Rəşad Sadıqov daha sonra həmin formadan birini ADBTİA-nın futbol komandasında xoşuna gələn mərkəz müdafiəçisinə bağışlayıb.

Səbuhi Musa
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri