23 
May
2022
15:12
69
9
1237
Virtual karabakh

Qurban Qurbanov futbolçu olduğu vaxtlar etdiyi səhvlərdən DANIŞDI - FOTO

23 May, 2022
15:12
1237

Qurban Qurbanov futbolçu olduğu vaxtlar etdiyi səhvlərdən DANIŞDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan futbolunda çatışmazlıq çoxdur və bunları düzəltməyə ehtiyac var”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, yaxşı futbolçu olmağın yollarından danışıb:

“Bir dəfə də mənə bu haqda sual verilmişdi. Demişdim ki, yaxşı futbolçu olmaq üçün Musa kimi qardaşının olması lazımdır. Futbolçunun əvvəla istedadı olmalıdır. Həmçinin istək və xarakter də vacib amildir.

Mən də futbolçu vaxtları səhvlərə yol vermişəm. Qardaşım məni düzgün yola çəkməyə çalışırdı. O, həmişə məni danlayırdı. Hamının yanında onu düzgün yönə çəkən insan olmalıdır. Bəzi futbolçular karyeralarını yanlarında belə insan olmadığı üçün bitirib.

Bir də insan öz peşəsini sevməlidir. Mən məşqlərdən sonra qalıb yarım saat artıq hazırlıq keçirdim”.

Səbuhi Musa
FOTO: Firudin Səlimov

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri