25 
May
2022
00:12
130
20
2421
Virtual karabakh

İngiltərə Premyer Liqası “Çelsi”nin satışını təsdiqlədi

25 May, 2022
00:12
2421

İngiltərə Premyer Liqası “Çelsi”nin satışını təsdiqlədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının idarə heyəti “Çelsi” futbol klubunun amerikalı iş adamı Todd Boelinin konsorsiumuna satılmasını təsdiqləyib.

Hazırda satış prosesi Böyük Britaniya hökuməti tərəfindən zəruri lisenziyasının verilməsindən asılıdır. Hakimiyyət klubun keçmiş sahibi rusiyalı Roman Abramoviçdən komandanın satılması nəticəsində heç bir vəsait almayacağına dair qəti təminat tələb edir.

Qeyd edək ki, Boelinin qrupu “Çelsi” üçün 4,25 milyard funt sterlinq (5,24 milyard dollar) təklif edib. Bunun 2,5 milyard funt-sterlinqi klubun özü üçün ödəniləcək, daha 1,75 milyard funt-sterlinq (2,16 milyard dollar) isə onun inkişafına yatırılacaq.

Xatırladaq ki, Abramoviç “Çelsi”ni 2003-cü ildə əldə edib.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri