25 
May
2022
10:48
67
5
2061
Virtual karabakh

Konfrans Liqasının finalı: Mourinyu və niderlandlılar tarixə düşə bilərlər - AFİŞA

25 May, 2022
10:48
2061

Konfrans Liqasının finalı: Mourinyu və niderlandlılar tarixə düşə bilərlər - AFİŞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropa Konfrans Liqasında 2021/2022 mövsümünün final görüşü olacaq.

Oxu.Az xəbər verir ki, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gələcəklər.

Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma UEFA Avropa Liqasının finalından (“Ayntraxt” – “Reyncers”) daha çox maraq doğurur.

“Roma”nın baş məşqçisi Joze Mourinyu artıq iki dəfə Çempionlar Liqası (“Portu”, “İnter”), iki dəfə Avropa Liqası (“Portu”, “Mançester Yunayted”) kuboklarını baş məşqçi kimi qazanıb. İndi isə yeni turnirdə də bu uğura imza atan ilk baş məşqçi kimi adını tarixə yazdıra bilər.

“Roma” indiyədək yalnız bir dəfə avrokuboklarda uğur qazanıb. Bu uğur 1961-ci ildə şəhərlər arasında keçirilən, UEFA Kubokunun əvvəlki sələfi Yarmarkalar Kubokunda olub.  

“Canavarlar”dan fərqli olaraq, Rotterdam klubu avrokuboklarda daha uğurlu olub. “Feyenoord” daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub. İndi isə niderlandlılar yeni yarışın kubokunu qazanmaqla hər üç turniri qazanan yeganə komanda olmaq istəyirlər.

Tərəflər 2015-ci ildə Avropa Liqasının 1/16 finalında bir-birinə rəqib olublar. İtaliyanın paytaxtındakı matç 1:1 hesabı ilə başa çatıb. Rotterdamdakı oyunda isə qonaq komanda 2:1 hesabı ilə qalib gəlməklə mərhələ adlayıb.

Avropa Konfrans Liqası

Final

25 may

23:00 “Roma” (İtaliya) – “Feyenoord” (Niderland)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Tirana. Milli Arena

Oynamayacaqlar: Koul Basett, Teyn Troost (hər ikisi “Feyenoord”)

Oynaması sual altında olanlar: Henrix Mxitaryan (“Roma”), Castin Beylou (“Feyenoord”).

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri