25 
May
2022
17:36
82
12
1418
Virtual karabakh

UEFA Region Kubokunun oyunları Şamaxı və Bakıda baş tutacaq - DETALLAR BİLİNDİ

25 May, 2022
17:36
1418

UEFA Region Kubokunun oyunları Şamaxı və Bakıda baş tutacaq - DETALLAR BİLİNDİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Region Kubokunun Azərbaycanda keçirilməsini UEFA bizdən xahiş etdi. Çünki Belarusda məlum səbəblərdən yarış keçirilə bilməz. Biz də razılıq verdik. Beləliklə, 23-30 iyun tarixlərində həvəskar komandalar arasında Region Kubokunun ilkin mərhələ oyunları ilk dəfə Azərbaycanda keçiriləcək”.

Bunu Oxu.Az-a müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

O, UEFA-nın həvəskar komandalar arasında təşkil etdiyi beynəlxalq yarışın hansı şəhərlərdə keçiriləcəyini açıqlayıb. Sərxan Hacıyev bildirib ki, AFFA Region Liqasının son qalibi “Cəbrayıl” UEFA Region Kubokunun ilkin mərhələsindəki matçlarını Şamaxıda keçirəcək:

“Oyunlar Şamaxı və Bakıda baş tutacaq. Bakıdakı matç “ASK Arena”da təşkil olunacaq.

Azərbaycanı bu turnirdə təmsil edəcək “Cəbrayıl” komandası 2-ci qrupda Belarus çempionu ilə iki oyunu Şamaxı şəhər stadionunda keçirəcək. 1-ci qrupdakı üç komanda – Gürcüstan, Qazaxıstan və Estoniya çempionlarının oyunları isə “ASK Arena”da baş tutacaq. Qrup qalibləri arasında final oyunu isə Şamaxıda olacaq”.

Qeyd edək ki, Region Kubokunun ilkin mərhələsinin qrup oyunları 24, 25, 26, 27 iyunda, final 29 iyunda keçiriləcək. İlkin mərhələnin qalibi əsas mərhələnin 3-cü qrupunda Türkiyə (meydan sahibi), Portuqaliya və Finlandiya çempionları ilə qarşılaşacaq. Finalçı isə əsas mərhələnin 1-ci qrupunda Bosniya və Herseqovina, İsrail və Şotlandiya çempionları ilə bir yerdə mübarizə aparacaq (burada meydan sahibi Rusiya turnirdən kənarlaşdırıldığından, qrup oyunlarının harada keçiriləcəyi bəlli deyil).  

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri