28 
May
2022
07:30
88
15
976
Virtual karabakh

Futbol üzrə Türkiyə millisi yoqa təlimlərinə cəlb ediləcək

28 May, 2022
07:30
976

Futbol üzrə Türkiyə millisi yoqa təlimlərinə cəlb ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Ştefan Kunts UEFA Millətlər Liqasının matçlarından öncə mətbuat konfransı keçirib.

Almaniyalı futbol mütəxəssisi öncə “Trabzonspor”u ölkə çempionluğu, “Sivasspor”u isə dünənki kubokda qazandığı qələbə münasibəti ilə təbrik edib.

Ştefan Kunts bildirib ki, Türkiyə millisini ardıcıl dörd oyun gözləyir:

“Bütün görüşlərdə qələbə qazanmağa çalışacağıq. Uzun mövsümdən sonra futbolçularımızın motivasiyasını saxlamaq asan olmayacaq”.

Ştefan Kuntsun Türkiyə millisini oyunlara hazırlayarkən məşhur yoqa təlimindən də istifadə edəcəyini bildirib.

“Milli komandaya ilk dəfə yoqa təlimlərini gətirəcəyik. Futbolçular da bundan çox razıdırlar. Məşqçilər əlavə olaraq futbolçulara zehni təlimlər də keçəcəklər”, - təcrübəli almaniyalı məşqçi vurğulayıb.

Mənbə: Hurriyet.com.tr

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri