İyn
2022
14:06
61
12
3181
Virtual karabakh

Çempionlar Liqasının qrupuna komanda çıxarmış məşqçi “Neftçi”yə gəlir? - AÇIQLAMA

1 İyn, 2022
14:06
3181

Çempionlar Liqasının qrupuna komanda çıxarmış məşqçi “Neftçi”yə gəlir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın MOİK (ÇSKA) komandasının sabiq baş məşqçisi Viktor Qonçarenko “Neftçi”nin çalışdırıcısı olmağa yaxındır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə jurnalist İvan Karpov “Telegram” səhifəsində məlumat yayıb.

İyunun 10-da 45 yaşını qeyd edəcək belaruslu məşqçi “Neftçi” ilə müqaviləsinin son detallarını razılaşdırmaq üçün tezliklə Bakıya uçmalıdır.

Məsələ ilə əlaqədar “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev Oxu.Az-a açıqlamasında Qonçarenkonun namizədlərdən biri olduğunu təsdiqləyib:

“Qonçarenko bizim danışıq apardığımız məşqçilərdən biridir. Şərtlərini soruşmuşuq. Onun adını sabah iclası keçiriləcək “Neftçi”nin Müşahidə Şurasına təqdim edəcəyik. Ancaq bu o demək deyil ki, o, artıq “Neftçi”nin baş məşqçisidir. Çünki Müşahidə Şurası bunu təsdiqləməlidir ki, biz müqavilə bağlayaq. Namizədlər arasında müqaviləsi klubla başa çatmış Samir Abbasovun da adı var”.

Qeyd edək ki, Viktor Qonçarenko Belarusun BATE klubunu 2008-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsinə çıxarması ilə məşhurlaşıb. Onun baş məşqçisi olduğu Borisov klubu beş dəfə Avropanın ən güclü klub turnirin qrupunda çıxış edib. Bundan başqa, Rusiyada “Kuban”, “Ural”, “Ufa”, MOİK və “Krasnodar” klublarını çalışdırıb. O, yanvarın 5-də “Krasnodar”dan qovulub.

Onu da bildirək ki, Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanmış və Avropa Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Neftçi” ukraynalı məşqçi Yuri Vernidubla da danışıqlar aparıb.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri