İyn
2022
13:06
153
17
2296
Virtual karabakh

Bakıda salınan yerüstü keçid “Formula-1”dən sonra da fəaliyyət göstərəcək

3 İyn, 2022
13:06
2296

Bakıda salınan yerüstü keçid “Formula-1”dən sonra da fəaliyyət göstərəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il olduğu kimi, bu il də “Formula-1” Azərbaycan Qran-prisi müddətində (10-12 iyun) piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Oxu.Az-ın xəbərinə görə, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən istifadə edə biləcəklər.

Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınan keçid isə daimi olaraq quraşdırılıb. Hazırda orada tamamlama işləri aparılır.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri