11 
İyn
2022
14:41
158
46
1425
Virtual karabakh

“Formula-2”nin sprint yarışında dördüncü qəza - YENİLƏNİB + FOTO

11 İyn, 2022
14:41
1425

“Formula-2”nin sprint yarışında dördüncü qəza - YENİLƏNİB + FOTO

“Formula-2” üzrə sprint yarışının sonuncu dövrəsində daha bir qəza baş verib.

Oxu.Az-ın xəbərinə görə, türkiyəli pilot Cem Bölükbaşının (“Charouz Racing System”) bolidi ilə Kalan Vilyamsın (“Trident”) idarə etdiyi bolid toqquşub.

Nəticədə hər iki pilot sprint yarışını başa vura bilməyib.

Xatırladaq ki, bu yarışın qalibi danimarkalı Frederik Vesti (“Art Grand Prix”) olub.

14:26

Bakıda keçirilən “Formula-2” üzrə sprint yarışında daha iki qəza baş verib.

Oxu.Az-ın xəbərinə görə, “Charouz Racing System” komandasının pilotu Entso Fittipaldi mübarizəni 17-ci dövrədə başa vurub.

19-cu dövrədə isə “Trident” komandasının niderlandlı üzvü Rixard Versxoor mübarizəni dayandırıb.

14:13

“Formula-2”nin sprint yarışında qəza baş verib.

Oxu.Az-ın xəbərinə görə, “Prema Rasinq” komandasının pilotu Denis Hauqerin idarə etdiyi bolid döngə zamanı qəza edib.

Qəza 14-cü dövrədə baş verib və pilot yarışı tərk edib.

Səbuhi Musa

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri